Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan ən çox bu ölkədən qoyun əti idxal edib

16:35 - 16 Fevral 2026 tarixində dərc olunub.

Ötən il Azərbaycan 3,3 milyon ABŞ dolları dəyərində 638,4 ton qoyun əti idxal edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Aparılan hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 81 %, kəmiyyət olaraq – 41 % çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 2,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 28 % çox) 572,5 ton (+27 %), Somalidən 960 min ABŞ dolları dəyərində 46,5 ton (1 il əvvəl tədarük olmayıb), Rusiyadan 19,9 min ABŞ dolları dəyərində (+3 dəfə) 19 ton (+9 dəfə), Böyük Britaniyadan 7,5 min ABŞ dolları dəyərində 0,25 ton, Yeni Zelandiyadan 7,2 min ABŞ dolları dəyərində (-42 %) 0,2 ton (-59 %) məhsul alıb.

Azərbaycan 8 il 11 aylıq aradan sonra Böyük Britaniyadan tədarükü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3 %-i Monqolustanın payına düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası