Ucnoqta.az
www.ucnoqta.az

ABŞ İranla razılığa gəlməyə çalışacaq - Rubio

15:35 - 16 Fevral 2026 tarixində dərc olunub.

ABŞ dövlət katibi Marko Rubio İranla razılığa gəlməyin asan olmayacağını, lakin Vaşinqtonun buna nail olmaq üçün bütün səylərini göstərəcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, ABŞ dövlət katibi Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında bildirib.

Rubio qeyd edib ki, İranla razılaşma çətindir:
"Biz həmişə çətin olduğunu demişik, amma çalışacağıq. Danışıq aparanlarımız indi ora gedirlər. Görüşlər keçirəcəklər. Nə olacağını görəcəyik. Ümid edirik ki, razılaşma əldə olunacaq", - deyə dövlət katibi əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası