Ucnoqta.az
www.ucnoqta.az

Estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü

11:11 - 16 Fevral 2026 tarixində dərc olunub.

Bakıda qadın estetik əməliyyatdan sonra ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləçən “Medi Hall” hospitalda baş verib.

Fevralın 10-da Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nigar İsmayılova hospitalda bədən şəkilləndirmə cərrahiyyə əməliyyatı olunub və fevralın 13-də ölüb.
Araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası