Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna nümayəndə heyəti Cenevrəyə yola düşdü

08:30 - 16 Fevral 2026 tarixində dərc olunub.

Ukrayna nümayəndə heyəti Rusiya və ABŞ ilə danışıqların yeni mərhələsinin keçiriləcəyi Cenevrəyə yola düşüb.

Ucnoqta.az xəbər verir ki, prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Kiril Budanov bu barədə Telegram kanalında yazıb.

Budanov həmçinin müavini Sergey Kislitsya və Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski ilə qatarın yaxınlığında çəkilmiş şəklini də paylaşıb.

Müəllif: Ucnoqta.az redaksiyası