Ucnoqta.az
www.ucnoqta.az

Kiyevin 60 milyard avroluq xarici yardıma ehtiyacı var - Pistorius

21:46 - 11 Fevral 2026 tarixində dərc olunub.

Almaniya müdafiə naziri Boris Pistorius bildirib ki, Ukraynanın ehtiyaclarını ödəmək üçün bu il 60 milyard avroluq xarici yardıma ehtiyacı var.

Ucnoqta.az xəbər verir ki, Pistorius Brüsseldə Aİ müdafiə nazirlərinin planlaşdırılan görüşünə gələrkən bildirib.

O, bəzi ölkələrin Aİ-nin Ukraynaya verdiyi kreditin Kiyevə ikitərəfli dəstəyin azalmasına səbəb olacağı ilə bağlı narahatlıqlarını bölüşür.

"Əlbəttə ki, mən də bu narahatlığı bölüşürəm, çünki artıq sahib olduğumuz vəsaitlərə əlavə olaraq bu vəsaitlərə də ehtiyacımız var. Bizə əlavə vəsait lazımdır", - deyə Pistorius yekunlaşdırıb.

Müəllif: Ucnoqta.az redaksiyası