Ucnoqta.az
www.ucnoqta.az

Yaponiyada qar yağışı nəticəsində yüzlərlə insan xəsarət alıb

08:18 - 10 Fevral 2026 tarixində dərc olunub.

Yaponiyanın şimal və şimal-qərbində güclü qar yağışı nəticəsində 600-dən çox insan xəsarət alıb.

Ucnoqta.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Yaralananların ümumi sayı 650-yə çatıb. Onlardan 46-sı sağ qalmayıb, 193 nəfər isə ağır yaralanıb. Ən pis vəziyyət Niiqata prefekturasında baş verib və qar yağışı nəticəsində 17 nəfər ölüb.

Müəllif: Ucnoqta.az redaksiyası