Ucnoqta.az
www.ucnoqta.az

Liseydə güllələnən müəllimin vəziyyəti açıqlandı

10:32 - 9 Fevral 2026 tarixində dərc olunub.

Fevralın 6-da Bakıda yerləşən “İdrak” liseyində şagirdin güllələdiyi müəllim Şəhla Kamilovanın son durumu açıqlanıb.  

TƏBİB-dən Ucnoqta.az-a bildirilib ki, hazırda onun müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsində davam etdirilir.

Müəllimin vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, fevralın 6-da Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş silahlı insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. 

Müəllif: Ucnoqta.az redaksiyası