ABŞ federal hüquq-mühafizə orqanlarının əməkdaşları Minnesota ştatında qanunsuz immiqrantlarla mübarizə üzrə ən böyük əməliyyat zamanı 4000-dən çox qanunsuz immiqrantı saxlayıblar.
Ucnoqta.az bildirir ki, Ağ Evin mətbuat xidməti bu barədə məlumat verib.
Ağ Evin açıqlamasında deyilir ki, Minnesota ştatından 4000-dən çox cinayətkar - qanunsuz immiqrantlar - çıxarılıb. Bunlara qatillər, təcavüzkarlar, dəstə üzvləri və terrorçular daxildir.