Ucnoqta.az
www.ucnoqta.az

Ərinin "Tiktok"da videosuna görə Gülbahar Eyvazova işdən çıxarıldı

14:21 - 4 Fevral 2026 tarixində dərc olunub.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova işdən çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, onun adı icra hakimiyyətinin aparatının strukturtundan çıxarılıb.

Qeyd edək ki, G.Eyvazova bir müddət əvvəl həyat yoldaşının "Tiktok"da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.

İcra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası