Ucnoqta.az
www.ucnoqta.az

Futbolçunu bıçaqlayan şəxs tutuldu

09:45 - 4 Fevral 2026 tarixində dərc olunub.

Gəncədə futbolçunu bıçaqlayan şəxs tutulub.

 DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Veysəl Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki bıçaqlanan şəxs “Kəpəz”in futbolçusu Veysəl Rzayevdir.

Müəllif: Ucnoqta.az redaksiyası