Ucnoqta.az
www.ucnoqta.az

Liviya Baş Prokurorluğu Qəddafinin oğlunu öldüyünü təsdiqlədi

08:35 - 4 Fevral 2026 tarixində dərc olunub.

İlkin araşdırmadan sonra Liviya Baş Prokurorluğu keçmiş Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın güllə yarasından öldüyünü təsdiqlədi.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun Facebook səhifəsində dərc etdiyi açıqlamada deyilir.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açmaq üçün dəlil axtarmağa, şübhəli şəxsləri müəyyən etməyə və lazımi sənədləri hazırlamağa başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası