Stokholm və Kopenhagen Kiyev üçün BAE Systems şirkətindən 2,7 milyard kron (301 milyon dollardan çox) dəyərində zenit artilleriya sistemi sifariş edib.
Ucnoqta.az xəbər verir ki, İsveç müdafiə naziri Poul Consson bunu danimarkalı həmkarı Troels Lund Poulsen ilə birgə mətbuat konfransında açıqlayıb.
Sistemlər birbaşa Ukraynaya çatdırılır və istehsal artıq başlayıb. Çatdırılmanın təxminən bir il çəkəcəyi təxmin edilir.