Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ”ın yeni transferinə ödədiyi məbləğ məlum oldu

12:56 - 3 Fevral 2026 tarixində dərc olunub.

“Qarabağ” yeni transferi Jeremi Qnali üçün Kiprin AEK (Larnaka) klubuna ödədiyi məbləğ açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, tanınmış “transfermarkt” portalı Ağdam təmsilçisinin fransalı sol cinah müdafiəçisi üçün 100 min avro  (200 000 manat) ödəyib.

23 yaşlı futbolçunun bazar dəyəri 450 min avrodur. “Köhlən atlar” fransız müdafiəçi ilə 2,5 illik müqavilə imzalayıb.

Müəllif: Ucnoqta.az redaksiyası