Ucnoqta.az
www.ucnoqta.az

İsrail dronu Livanda "Hizbullah" döyüşçüsünü vurdu

14:18 - 2 Fevral 2026 tarixində dərc olunub.

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Livanın cənubunda "Hizbullah"a məxsus nəqliyyat vasitəsinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cədid məlumat yayıb.

Kanalın məlumatına görə, hadisə Səidə şəhəri yaxınlığındakı magistral yolda baş verib. Pilotsuz təyyarənin iki raket atmasından sonra nəqliyyat vasitəsi partlayıb. Döyüşçünün dərhal öldüyü bildirilor.

Müəllif: Ucnoqta.az redaksiyası