Ucnoqta.az
www.ucnoqta.az

43 yaşlı qadın dəm qazından boğuldu

09:50 - 2 Fevral 2026 tarixində dərc olunub.

Abşeronda 43 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H. Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan E.Seyidova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası