Ucnoqta.az
www.ucnoqta.az

Vasitəçilər Uitkoff və İran nümayəndələri arasında görüş təşkil etməyə çalışırlar

23:37 - 1 Fevral 2026 tarixində dərc olunub.

Türkiyə, Misir və Qətər hakimiyyəti yaxın günlərdə Ankarada ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və İran nümayəndələri arasında görüş təşkil etmək üçün çalışır.

Ucnoqta.az bildirir ki, bu barədə Axios məlumat verib.

Görüşün bir həftə ərzində baş tutması gözlənilir.

Nəşrin məlumatına görə, Türkiyə, Misir və Qətər ABŞ və İran arasında məsləhətləşmələrin regionda müharibənin qarşısını ala biləcəyinə ümid edirlər.

ABŞ rəsmisi portala ABŞ və İran nümayəndələri arasında bir həftə ərzində Türkiyədə görüşün mümkünlüyünü təsdiqləyib. Başqa bir ABŞ rəsmisi vurğulayıb ki, Tramp administrasiyası müxtəlif kanallar vasitəsilə İrana razılığa gəlmək üçün görüş keçirməyə hazır olduğunu bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası