Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Salmanov həbs edildi

19:10 - 30 Yanvar 2026 tarixində dərc olunub.

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılır.

Ucnoqta.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda digər təqsirləndirilən şəxslərin barəsində qətimkan tədbiri seçilməsi üçün təqdimatlara baxılır.

Müəllif: Ucnoqta.az redaksiyası