Ucnoqta.az
www.ucnoqta.az

Sabiq icra başçısı qardaşının ölmədiyini bildirdi

14:04 - 29 Yanvar 2026 tarixində dərc olunub.

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı Nadir Abıyevin vəfat etməsi ilə bağlı məlumat yayılıb.

Ucnoqta.az xəbər verir ki, Əhəd Abıyev Unikal-a açıqlamasında bildirib ki, qardaşı dünyasını dəyişməyib:

"Qardaşım Nadir xərçəng xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl Türkiyəyə aparmışdıq. Təxminən bir ay orada müalicə aldı.

Daha sonra Vətənə qayıtdı. Hazırda Bakı Sağlamlıq Mərkəzində reanimasiyadadır. Vəfat etməyib", - deyə o əlavə edib.

Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası