Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" cərimələndi

12:25 - 29 Yanvar 2026 tarixində dərc olunub.

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2500, "Neftçi"ni 2000 manat cərimələyib.

Ucnoqta.az xəbər verir ki, buna Misli Premyer Liqasının XVII turunda yaşananlar səbəb olub.

23 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “İmişli” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
23 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “Neftçi” – “Zirə” oyununda oyun günü planı pozulduğuna görə “Neftçi” komandası 2000 manat cərimə edilsin (maddə 61.1);
 
24 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
 
25 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “Sabah” – “Karvan-Yevlax” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Müəllif: Ucnoqta.az redaksiyası