Ucnoqta.az
www.ucnoqta.az

Zığ yolunda sürət həddi endirildi

11:52 - 29 Yanvar 2026 tarixində dərc olunub.

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik edib.

Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Müəllif: Ucnoqta.az redaksiyası