Ucnoqta.az
www.ucnoqta.az

Tramp İrana çağırış etdi

16:49 - 28 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp İran nümayəndələrinin oturub nüvə silahlarının ləğvini əhatə edən bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirdi.

Ucnoqta.az xəbər verir ki, o, "Truth Social"da yazıb.
"Ümid edirəm ki, İran tez bir zamanda danışıqlar masasına oturacaq və bütün tərəflərə fayda verən ədalətli və bərabər nüvəsiz bir razılaşma əldə edəcək. Vaxt azalır və bu, həqiqətən də çox vacibdir!", - deyə Ağ Ev rəhbəri bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası