Ucnoqta.az
www.ucnoqta.az

Generalın qardaşı avtobusda vəfat etdi

15:31 - 27 Yanvar 2026 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, vəfat edən M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.

Qeyd edək ki, mərhum həkim 1993-2023-cü illərdə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb. O, avtobusda ürəktutmadan həyatını itirib. Ötən gün dəfn olunub.///unikal

Müəllif: Ucnoqta.az redaksiyası