Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ”la oyun öncəsi “Liverpul”da CİDDİ İTKİ

11:05 - 26 Yanvar 2026 tarixində dərc olunub.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq “Liverpul”un heyətində ciddi itkilər var.

Ucnoqta.az xəbər verir ki, bu mövsüm işləri yolunda getməyən Mersisayd təmsilçisi heyət baxımından da problemlərlə üzləşib.

İngiltərə Premyer Liqasının 23-cü turunda “Bornmut”a məğlub olan Arne Slotun kollektivi bu azmış kimi, daha bir oyunçusunu itirib. Belə ki, müdafiəçi Co Qomes 34-cü dəqiqədə zədələnərək əvəzlənib. Onunla yanaşı, müdafiəçilər İbrahima Konate, Konor Bredli, həmçinin hücumçular Aleksander İsak və Federiko Kyeza da zədədən əziyyət çəkirlər və onların da “Qarabağ”la matçı buraxması gözlənilir.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-u saat 00:00-da (28-dən 29-na keçən gecə) “Enfild Roud”da keçiriləcək.///News24.az

Müəllif: Ucnoqta.az redaksiyası