İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubundakı şiə təşkilatı Hizbullaha məxsus silah emalatxanasına zərbə endirib.
Ucnoqta.az bildirir ki, İMQ sözçüsü bu barədə məlumat verib.
İMQ sözçüsü əlavə edib ki, həmçinin Livan ərazisinin dərinliyindəki Bekaa vadisindəki Hizbullah hərbi müəssisələrinə də zərbə endirilib.
Qeyd edilib ki, yaraqlıların hücum edilən müəssisələrdəki fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulmasıdır və İsrail üçün təhlükə yaradır.