Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 2 nəfər evdə yandı

15:56 - 23 Yanvar 2026 tarixində dərc olunub.

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası