TikTok istifadəçilərinin məlumatlarını qorumaq üçün ABŞ-da bir neçə böyük ABŞ şirkətinə məxsus olan birgə müəssisənin yaradıldığını elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunub ki, bu gün, Prezident Donald Trampın 25 sentyabr 2025-ci il tarixli Sərəncamına əsasən, TikTok USDS Birgə Müəssisəsi MMC yaradılıb.
Şirkətin açıqlamasında bildirilir ki, yeni şirkətin məqsədləri ABŞ istifadəçi məlumatlarını qorumaq, alqoritmlərini və proqram təminatını təhlükəsizləşdirmək və ABŞ məzmun ekosistemini qorumaqdır.
Mətbuat açıqlamasına görə, şirkətə üç idarəedici investor daxildir - "Silver Lake", "Oracle və MGX". Hər biri 15% paya malikdir. ByteDance birgə müəssisədə 19,9% paya malikdir.
Digər investorlar arasında "Susquehanna", "Dragoneer", "DFO və "Dell" sədri ailə ofisi və digərləri var.