Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" Bəhlulun son dəqiqədə vurduğu qolla qalib gəldi

23:41 - 21 Yanvar 2026 tarixində dərc olunub.

Bu gün "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxıb.

Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Frankfurt "Ayntraxt"ını qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran iki dəfə (4, 80), Bəhlul Mustafazadə (904) fərqlənib. Qonaqların heyətində Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. 

Çempionlar Liqası

Liqa mərhələsi, 7-ci tur

21:45."Qarabağ" (Azərbaycan) - "Ayntraxt" (Almaniya) - 3:2

Qol: Kamilo Duran, 4 (1:0), Can Uzun, 11 (1:1), Şaybi, 78-pen. (1:2), Kamilo Duran, 80 (2:2), Bəhlul Mustafazadə, 90+4 (3:2)

Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (İsveçrə)

VAR: Fedayi San (İsveçrə)

AVAR: Lukas Fendrix (İsveçrə)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Müəllif: Ucnoqta.az redaksiyası