Ucnoqta.az
www.ucnoqta.az

Dərnəgüldəki yanğın tam söndürüldü (YENİLƏNİB)

15:56 - 21 Yanvar 2026 tarixində dərc olunub.

Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektindəki obyektdə baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

15:16

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektindəki obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb

Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası