Ucnoqta.az
www.ucnoqta.az

Bir gecədə 6 velosiped oğurlayan şəxs saxlanıldı

11:31 - 21 Yanvar 2026 tarixində dərc olunub.

Paytaxtın Yasamal rayonunda talama cinayətləri qeydə alınıb. Hadisələr zamanı ayrı-ayrı şəxsə məxsus 6 ədəd velosiped oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş 40 yaşlı R.Məmmədovu müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun bir gecədə eyni binada yaşayan 6 zərərçəkənin mənzillərinin girişində saxladıqları velosipedləri taladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası