Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda əməliyyat: Həbs olunanlar var

09:32 - 21 Yanvar 2026 tarixində dərc olunub.

Lənkəranda 18 kiloqram narkotik vasitə aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 46 yaşlı İlyas İsmayılov və 41 yaşlı Vəli Əbdülov da saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə *18 kiloqramdan artıq marixuana, heroin, tiryək, metamfetamin, 427 ədəd psixotrop tərkibli həb və 5 ədəd elektron tərəzi aşkarlanıb*.

Saxlanılan şəxslərin narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşlarından deyiləcək ünvanlara çatdırmaq üçün əldə etdikləri müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası