Hazırda Aeroport şosesi mərkəz istiqamətində yolun buz bağlaması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, sürücülərdən qəzaların baş verməməsi üçün hərəkət zamanı sürət həddinə əməl etmələri və düzgün ara məsafəsi saxlamaları xahiş edilir.