Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabad-Yardımlı yolu bağlandı

16:15 - 19 Yanvar 2026 tarixində dərc olunub.

Cəlilabad–Yardımlı yolu bağlanıb.

Ucnoqta.az xəbər verir ki, güclü qarın yağması səbəbindən Cəlilabad–Yardımlı avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Sakinlərin verdiyi məlumata görə, ötən gündən yağan qar nəticəsində Yardımlı rayonu ərazisindən keçən hissəsində əsasən də döngələrdə hərəkət mümkünsüz olub. Hazırda bu istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb.

Aidiyyəti qurumlar Cəlilabad-Yardımlı yolunda qarın təmizlənməsi işləri aparır, nəqliyyatın hərəkəti qismən təmin olunur.

Bölgədəki qeyri-sabit hava şəraitinə görə sürücülərə ehtiyatlı olmaları və mümkün olduqda dağlıq ərazilərə səfərdən çəkinmələri tövsiyə olunur.///apa

Müəllif: Ucnoqta.az redaksiyası