Ucnoqta.az
www.ucnoqta.az

Lukaşenko buzlu suya girdi

00:10 - 19 Yanvar 2026 tarixində dərc olunub.

 Belarus prezidenti Aleksandr Lukaşenko dini ayin ərəfəsində ənənəvi buz çuxurunda çimmək mərasimində iştirak edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidmətinə yaxın olan Telegram kanalı görüntülər yayımlayıb.

Havanın temperaturu -15 dərəcə Selsi olub. Videoda həmçinin uzun ağ köynək geyinmiş Belarus liderinin çuxurda çimdiyi görünür. Lukaşenkonun Şpitz cinsindən olan iti Umka da onunla birlikdə olub.

Müəllif: Ucnoqta.az redaksiyası