Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-nin İrandan 4 tələbi MƏLUM OLDU

15:50 - 16 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun Tehrandan diplomatik həll yolu əldə etməsi tələblərini açıqladı.

Ucnoqta.az xəbər verir ki, o, Floridada İsrail-Amerika Şurası tərəfindən təşkil edilən konfransda çıxış edərkən bildirib.
"Ümid edirəm ki, diplomatik həll yolu tapılacaq. Dörd məsələ var: nüvə zənginləşdirilməsi, raketlər - onlar arsenallarını azaltmalıdırlar - faktiki nüvə materialı, təxminən 2 ton, 3,67-60%-ə qədər zənginləşdirilmiş və əlbəttə ki, proksilər", - Uitkoff qeyd edib.

"Əgər onlar beynəlxalq birliyə qayıtmaq istəyirlərsə, biz bu dörd məsələni diplomatik yolla həll edə bilərik və bu, gözəl olardı. Amma alternativ, məncə, pisdir" - xüsusi nümayəndə vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası