Ucnoqta.az
www.ucnoqta.az

Avropanın nüvə qalxanı müzakirələri başlayır

11:30 - 16 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək istəyi ilə bağlı açıqlamaları Almaniyada Vaşinqtondan asılı olmayan Avropa nüvə qalxanının yaradılması zərurəti ilə bağlı müzakirələri gücləndirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Ukraynada davam edən münaqişə və Trampın Rusiyaya qarşı əlverişli mövqeyi müzakirəyə daha da təkan verir.
Nəşr qeydr ki, avropalılar böyük bir münaqişə halında Amerika nüvə qalxanına etibar edə biləcəklərinə getdikcə daha çox şübhə ilə yanaşırlar.

Müəllif: Ucnoqta.az redaksiyası