Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqların bərpasına çağırıb.
Ucnoqta.az xəbər verir ki, baş katib Vyanada keçirilən mətbuat konfransında bildirib.
Sinirlioğlu həm müttəfiqlər, həm də düşmənlər arasında diplomatik əlaqələrin hər zamankindən daha vacib olduğunu qeyd edib.O, tərəfləri danışıqları davam etdirməyə və məhbusların azad edilməsi də daxil olmaqla etimad quruculuğu tədbirləri barədə razılığa gəlməyə çağırıb.