Ucnoqta.az
www.ucnoqta.az

Azad olunan ərazilərdən silah-sursat aşkarlandı

11:49 - 15 Yanvar 2026 tarixində dərc olunub.

Ötən gün polis əməkdaşları tərəfindən 14 avtomat silahı, 3 pulemyot aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Müəllif: Ucnoqta.az redaksiyası