Ucnoqta.az
www.ucnoqta.az

Almaniya bu həftə Qrenlandiyaya qoşun göndərəcək

00:00 - 15 Yanvar 2026 tarixində dərc olunub.

Almaniya bu həftə Qrenlandiyaya qoşun göndərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bild qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, əvvəlcə Bundesver (Almaniya Silahlı Qüvvələri) qoşunlarının qabaqcıl qrupu göndəriləcək.
Almaniya Müdafiə Nazirliyinin sözçüsü "Bild"ə bildirib ki, bu məlumatı nə təsdiqləyə, nə də təkzib edə bilər. Qəzetin məlumatına görə, əməliyyat 15 yanvarda başlaya bilər. Almaniya hökumətindəki və Bundestaqdakı (parlament) mənbələr ilk kəşfiyyat qrupunun 15 yanvarda yola düşəcəyinibildiriblər.

Daha sonra Almaniya hökumətinin sözçüsü Reuters-ə Almaniyanın ilk qoşun qrupunu 15 yanvarda Qrenlandiyaya göndərəcəyini təsdiqləyib. Onun sözlərinə görə, həmin gün ondan çox kəşfiyyat qoşunu yerləşdiriləcək. 13 yanvarda Danimarka adadakı hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə artdığını elan edib. Bundan əlavə, digər Avropa NATO tərəfdaşlarının da eyni addımı atması gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası