Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından boğuldu

22:53 - 14 Yanvar 2026 tarixində dərc olunub.

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

Məlumata görə, Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.///Report

Müəllif: Ucnoqta.az redaksiyası