Ucnoqta.az
www.ucnoqta.az

Şamaxı–Qonaqkənd yolunda sürüşmə

19:06 - 14 Yanvar 2026 tarixində dərc olunub.

Şamaxı–Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi aktivləşib.

Ucnoqta.az xəbər verir ki, avtomobil yolunda yenidən torpaq sürüşməsi baş verib.

Sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə ciddi çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrdə isə hərəkət zolağı tamamilə dərəyə doğru sürüşərək dağılıb. Bu səbəbdən yolun müəyyən sahələrində nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. Yolun təxminən 30-40 metr hissəsi uçqun vəziyyətindədir. ///APA

Müəllif: Ucnoqta.az redaksiyası