Ucnoqta.az
www.ucnoqta.az

Soyğunçuluq edən yeniyetmələr saxlanıldı

12:25 - 12 Yanvar 2026 tarixində dərc olunub.

Avtobusda soyğunçuluğa görə 3 nəfər saxlanılıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 8-də Nizami rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiyini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər müəyyən olunaraq saxlanılıb.
Həmin şəxslərin zərərçəkəni təqib etmələri və hadisəni törətməsi kameralar vasitəsilə də qeydə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası