Ucnoqta.az
www.ucnoqta.az

Eşqin Bayramov yüksək vəzifəyə TƏYİN OLUNDU

10:15 - 12 Yanvar 2026 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.

Bu barədə Ucnoqta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazir Anar Əliyevin əmri ilə Eşqin Əli oğlu Bayramov bu vəzifəyə təyin edilib.

2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası