Ucnoqta.az
www.ucnoqta.az

Tehranda üç gündür internet kəsilib

08:21 - 12 Yanvar 2026 tarixində dərc olunub.

Tehran 70 saatdan çoxdur ki, internetsizdir.

Unoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əlavə, İran paytaxtında mobil telefon xidməti gündüzlər fasilələrlə işləyir, gecələr isə tamamilə kəsilir. SMS mesajlaşma da dayandırılıb.

Yanvarın 12-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Starlink mobil terminalları vasitəsilə də daxil olmaqla, iranlıların internetə çıxışını bərpa etmək üçün addımlar ata bilər.

İnternet 8 yanvarda bütün İran ərazisində bağlanıb.

Müəllif: Ucnoqta.az redaksiyası