Ucnoqta.az
www.ucnoqta.az

Parisə uçan təyyarə Münhendə qəza enişi edib

13:10 - 5 Yanvar 2026 tarixində dərc olunub.

"Air France" təyyarəsi kabinədə yanma qoxusu səbəbindən Münhen hava limanına planlaşdırılmamış eniş etdi.

Ucnoqta.az xəbər verir ki, DPA xəbər agentliyi bu barədə hava limanının sözçüsünə istinadən məlumat yayıb.

Hadisə bazar günü axşam baş verib. Təyyarə Beyrutdan Parisə uçurdii. Yanma qoxusunun səbəbi hələ də məlum deyil. Təyyarə saat 20:19-da Münhenə eniş edib və hava limanında qalıb.

Sərnişinlər otellərdə yerləşdirilib. Xəsarət alan olmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası