Ucnoqta.az
www.ucnoqta.az

Neftin qiyməti ucuzlaşıb

09:07 - 5 Yanvar 2026 tarixində dərc olunub.

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Ucnoqta.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin qiyməti 1,32 faiz azalaraq,19 dekabr 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 60 dollara düşüb.

Həmçinin, “West Texas Intermediate” (WTI) markalı xam neftin qiyməti isə 0,45 faiz azalaraq bir barel üçün 57,06 olub.

Müəllif: Ucnoqta.az redaksiyası