Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 14 nəfər saxlanılıb

10:02 - 3 Yanvar 2026 tarixində dərc olunub.

Yanvarın 2-də cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, ötən gün ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 2, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Müəllif: Ucnoqta.az redaksiyası