Ucnoqta.az
www.ucnoqta.az

Mehriban Əliyevadan bayram paylaşımı

09:34 - 31 Dekabr 2025 tarixində dərc olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib.

Ucnoqta.az paylaşımı təqdim edir:

"Qoy Azərbaycan xalqının birliyi və həmrəyliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun! Yeni il hər bir ailəyə cansağlığı, sevgi, sevinc və xoşbəxtlik gətirsin! Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!"

Müəllif: Ucnoqta.az redaksiyası