Ucnoqta.az
www.ucnoqta.az

Rasim Musabəyov təltif olundu

16:38 - 30 Dekabr 2025 tarixində dərc olunub.

Rasim Nəsrəddin oğlu Musabəyov təltif edilib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rasim Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Qeyd edək ki, yanvarın 1-də deputat R.Musabəyovun 75 yaşı tamam olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası