Ucnoqta.az
www.ucnoqta.az

Təlimlər xarici qüvvələrin müdaxiləsinə cavabdır - Çin XİN

11:29 - 29 Dekabr 2025 tarixində dərc olunub.

Çin Xalq Azadlıq Ordusunun Tayvan sahillərində keçirdiyi təlimlər ölkənin suverenliyini qorumaq üçün zəruri tədbir və xarici qüvvələrin daxili işlərinə müdaxiləsinə birbaşa cavabdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə bildirib.

"Bunlar dövlət suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün zəruri tədbirlər, eləcə də Çini cilovlamaq, adanı silahlandırmaq və boğazdakı vəziyyəti təhlükəli müharibə həddinə çatdırmaq üçün Tayvandan istifadə etməyə çalışan xarici qüvvələrin hərəkətlərinə qətiyyətli cavabdır", - deyə o vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası