Ucnoqta.az
www.ucnoqta.az

Sərnişin qatarı relsdən çıxdı - Ölənlər və yaralananlar var

09:23 - 29 Dekabr 2025 tarixində dərc olunub.

Meksikada sərnişin qatarı relsdən çıxıb. 

Ucnoqta.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Oaxaca ştatında qatar qəzasında ən azı 13 nəfər ölüb. Daha 100-ə yaxın insan yaralanıb.

Qeyd olunur ki, qatarda 250 nəfər olub: doqquz heyət üzvü və 241 sərnişin. Yaralılardan beşinin vəziyyəti ağırdır. 

Müəllif: Ucnoqta.az redaksiyası